“Məktəb Parlamenti” layihəsi çərçivəsində 72 saylı məktəb-liseydə Nə? Harada? Nə zaman? intellektual oyunun 1-ci turu keçirilmişdir. 
23 dekabr 2011-ci ildə məktəbimizdə hər biridə 5 deputat olmaqla 6 komanda bu intellektual oyunda iştirak etmişdir. Oyun iki hissədən (raund) ibarət olmuşdur. Birinci hissədə deputatlara ümumi dünya görüşünə əsaslanan 10 sual verilmişdir. 1-ci və 4-cü komanda bu hissədə daha fəal təəssurat bağışlayırdı və bunun məntiqi nəticəsi olaraq 1-ci komanda ən çox yəni, beş suala düzgün cavab verərək siyahıda liderliyi ələ aldı.
ikinci hissədə oyun daha maraqlı vüsət aldı. Bu hissədə artıq suallar tamam fərqli oldu.Daha çox məntiqə əsaslanan və nəticə etibarı ilə çətin hesab edilən 10 sual komandalara təqdim edildi. Artıq bu hissədə iki fəal komanda yox düz dörd komanda fəallığı ilə seçildi. Düzgün cavabların sayina görə 3-cü və 5-ci komanda öz rəqiblərinə çatmağı bacardılar. Gərgin keçən hissədə 3-cü komanda ən çox suala cavab verməklə raundu birinci yerdə tamamladı. Hər iki hissədə ümumilikdə verilən 20 suala ən çox düzgün cavab vermiş dörd komanda növbəti yəni, ikinci tura vəsiqə qazandı. Əfsuslar olsun ki, suala ən az düzgün cavab vermiş 2-ci və 6-ci komanda növbəti tura keçə bilməmişdir.
Komandaların verdiyi düzgün cavabların sayı:
3-cü komanda – 10 düzgün cavab
1- ci komanda – 8 düzgün cavab
4-cü komanda – 8 düzgün cavab
5-ci komanda – 7 düzgün cavab
2-ci komanda – 6 düzgün cavab
6-cı komanda – 4 düzgün cavab
Diqqət!
Növbəti tur fevral ayında baş tutacaq və 4 komandadan 1 ən güclü komanda qalib elan edilərək, maraqlı hədiyyə ilə mükafatlandırılacaq.
Hər birinizə uğurlar arzu edirəm!
İmza : Orxan Əliyev (72 nömrəli məktəb-liseyin koordinatoru)









































