72 saylı məktəbin də iştirak etdiyi “Mənim Məktəbim” fotomüsabiqəsi davam edir…

“İRƏLİ” İctimai Birliyi fotoqrafiya ilə maraqlanan yeniyetmə və istedadlı gənclərin üzə çıxarılması

üçün“Məktəb Parlamenti” layihəsi çərçivəsində “Mənim  Məktəbim” adlı fotomüsabiqəyə start verir. Layihə müəyyən olunmuş mövzular üzrə foto işlərin müsabiqəsini özündə əks etdirir.

“Mənim Məktəbim”  fotomüsabiqəsi :

Keçirilmə müddəti:

  • Elanın verilməsi və işlərin toplanılması – 16 sentyabr- 8 oktyabr
  • Səsvermənin keçirilməsi – 10-25 oktyabr
  • Nəticələrin nəzərdən keçirilməsi, qaliblərin elan olunması  – 29 oktyabr

Müsabiqənin mövzusu:

Müsabiqəyə təqdim edilən fotolar məktəbinizi və məktəb həyatınızı tərənnüm edəcək işlər olmalıdır.

Mükafat fondu:

  1. Müsabiqənin qalibi –  Netbook
  2. II yerin sahibi – Rəqəmsal fotoaparat
  3. III yerin sahibi – İPod

Müsabiqənin şərtləri və qaydaları:

  • Müsabiqə “Məktəb Parlamenti” layihəsinin rəsmi Facebook səhifəsində keçiriləcəkdir.
  • Hər iştirakçı müsabiqəyə yalnız 1 foto ilə qatıla bilər.
  • Müsabiqədə iştirak üçün təşkilatçılar tərəfindən müəyyən edilmiş zaman müddətində aşağıdakı məlumatlar  “Mənim məktəbim“ başlığı altında schoolparliament@ireli.az ünvanına göndərilməlidir:
  1. İştirakçının ad və soyadı
  2. Fotoşəkil (.jpg formatında, hi-res)
  3. Fotoşəkilin adı və qısa şərh (150 simvoldan artıq olmamalıdır.)
  4. Əlaqə vasitələri (tel, e-mail, facebook hesabı)
  5. Şəxsiyyətini təsdiq edən sənədin seriya nömrəsi
  • İştirakçıların müraciəti təşkilat komitəsi tərəfindən nəzərdən keçirildikdən sonra müsabiqəyə buraxıla və ya müsabiqədən kənarlaşdırıla bilər.
  • Müsabiqəyə təqdim olunan işlərin müsabiqəyə start verilənə qədər nəticələrə təsir edə biləcək formada təbliği və reklamı qadağandır.
  • Səsvermə müddəti boyunca iştirakçılar öz işlərinin sosial şəbəkə və internet resurslarında təbliğ olunmasında tam sərbəstdirlər.
  • Müsabiqə müddətində azad rəqabət qaydalarının pozulması və bu kimi neqativ hallar aşkarlandığı zaman həmin iştirakçının işləri heç bir xəbərdarlıq edilmədən müsabiqədən kənarlaşdırılacaq.
  • Qaliblər hər bir mövzu üzrə Facebook istifadəçiləri tərəfindən edilən “like” sayına görə müəyyən olunacaq.
  • Bu yarışma və təbliğat hər hansı şəkildə Facebook tərəfindən sponsorluq və idarə edilmir.
  • Hər hansı fikir ayrılığı zamanı təşkilatçılar son qərarı vermək haqqını özlərində saxlayırlar.
  • Müsabiqədə fotoqrafiyaya marağı olan hər kəs iştirak edə bilər.

         Bütün iştirakçılara uğurlar arzu edirik.

1) Şəkil – Koordinator Əliyev Orxan. 72 saylı məktəbin ön görüntüsü http://www.facebook.com/photo.php?fbid=166515036770706&set=a.166514323437444.43479.125075624247981&type=3 buradan daxil olub məktəbimizə dəstək ola bilərsiniz!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma