Milli Qəhrəman Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə parlament seçkiləri

27  Oktyabr 2011-ci il tarixində “Məktəb Parlamenti” layihəsi çərçivəsində 72 saylı məktəbdə parlament seçkiləri keçirilmişdir. Seçkilərdə “Məktəb Parlamenti” layihəsinin 72 saylı məktəbinə təyin edilmiş koordinatoru Orxan Əliyev və 72 saylı məktəbin Direktoru Əjdərov Polad, müavini Q.Mətanət və məktəbin “uşaq birliyi” təşkilatının rəhbəri Ş.İllariyyə xanım iştirak etmişlər. Koordintor məktəblilər qarşısında çıxış edərək onlara “İRƏLİ” İctimai Birliyi və “Məktəb Parlamenti” layihəsi haqqinda məlumat vermişdir. Çıxışdan dərhal sonra seçkilərə start verilmişdir.

100 nəfərdən çox şagirdin iştirak etdiyi seçkilər testlər əsasında həyata keçirilmişdir.

Testlərin nəticəsi bugün yəni, 28 oktyabr tarixində məktəbin idarə heyətinə açıqlandı.Artıq Parlamentə üzv olan Deputatların siyahısı bəllidir.29 oktyabr tarixində seçilmiş deputatlarla iclas keçiriləcək və bu iclas əsasında Parlamentin sədr və müavinləri seçiləcək.Həmçinin Parlament müvafiq Komissiyalara bölünərək,sədr və üzvləri təyin olunacaq.

Qeyd edək ki, “Məktəb Parlamenti” layihəsinin məqsədi məktəblilər arasında (xüsusən yuxarı sinif şagirdləri) erkən yaşlarından liderlik bacarıqlarının inkişafı, məktəbdə özünüidarəetmə anlayışını formalaşdırmaq, məktəblilərin ictimai işlərlə məşğul olmasını stimullaşdırmaq, məktəblilərə erkən yaşlardan milli dövlətçilik və vətəndaş şüurunu təbliğ etməkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma