72 saylı məktəb-liseyin “Məktəb Parlamenti” layihəsində iştirak edən gənc istedadları…

Bədəlova Aytəkin Tofiq qızı. (“Məktəb Parlamenti”ndə Sədr müavinidir)

Mən , Bədəlova Aytəkin Tofiq qızı 1996 – cı ildə Bakı şəhərində anadan olmuşam.2002 – ci ildə Bakı şəhərində 275 saylı məktəbin 1 – ci sinifinə daxil olmuşam.2004 – cü ildə Fikrət Tağıyev adına 72 saylı məktəb – liseyin 3 – cü sinifinə daxil olmuşam.2007 – ci ildə paralel olaraq Adil İsgəndərov adına mədəniyyət sarayının xanəndəlik sinfinə qəbul olmuşam.Hal-hazırda Adil İsgəndərov adına mədəniyyət sarayının xanəndəlik sinfinin 4 – cü sinfində təhsilimi davam etdirirəm . Tədbirlərdə və konsertlərdə çıxış etmişəm və 2009 – cu ilin iyun ayının 14 –ü etdiyim çıxışa görə Dövlət Neft şirkəti tərəfindən “ Fəxri fərman “ la təltif olunmuşam .Hal- hazırda 72 saylı məktəb – liseyin 9 – 1 sinfində ,orta təhsilimi əla qiymətlərlə davam etdirirəm.Ailəm 5 nəfərdən ibarətdir:

Atam-Bədəlov Tofiq Ələkbər oğlu , mühəndisdir.Anam-Bədəlova İradə Yusif qızı , evdar qadındır.Qardaşım –Bədəlov Anar , mühəndisdir.Qardaşım- Bədəlov Emin , xəzinədardır

Eldarlı Günel. (“Məktəb Parlamenti”ndə “Mədəniyyət və Turizm üzrə daimi Komissiyası”nın sədri)
Mən Eldarlı Günel 1997 –ci ildə anadan olmuşam.Çox böyük bir ailədə yaşamışam və böyümüşəm.Belə demək mümkündürsə mən çox erkən yaşlarından yaradıcılığa başlamışam.

2000- ci ilin mart – aprel aylarında nənə məni Uşaq Dövlət Filarmoniyasına apardı.Balaca uşaqlarla həvəslə məşğul olan Oktay müəllim Zülfiqarov məni görür və danışdırır .Oktay müəllim pianonu çalır mən də başımı musiqinin ahənginə sağa-solo əyirəm .Oktay müəllim deyir bu qızda istedad var.Beləliklə mən fealiyyətə başlayıram.

Dünyada yollar çoxdur,

Sayı hesabı yoxdur

Bir gün gələr bu yollar

Aparar məni aya, ulduzlara.

İki yaşım olanda mən bu şerlə ilk dəfə geniş ekranlara çıxmışam.

2000 – ci ildə aprel ayının 26 -da Ulu Öndərimiz Heydər Əliyevin adına Respublika sarayında möhtəşəm bir konsert praqramı var idi.

Bu möhtəşəm konsertdə mən “ Sən bizə xoş gəlmisən baba!” mahnısı ilə mən böyük səhnəyə çıxmışam.İnandırıcı olmasada bu belədi.

Sonralar Tofiq İsmayılov adına uşaq gənclər yaradıcılıq birliyində rəqs və ingilis dili ilə məşğul olmuşam.Orada da fəxri fərmanlar , diplomlar almışam. Bunlar mənim 5-6 yaşa kimi fealiyyətimdir.

72 saylı məktəbin adından Heydər Əliyevin ad günü münasibəti ilə keçirilən gül bayramı festifalında I yerə layiq görülmüşəm və buna görə Sabunçu rayon İcra hakimiyyəti tərəfindən “Təşəkkürnamə” ilə , 72 saylı məktəbin rəhbərliyi tərəfindən “ Fəxri fərmanla “ təltif olunmuşam.

2004 – cü il 1 iyul Uşaq günü münasibəti ilə Elitdə keçirilən tədbirlərə dəvət almışam.Orada nənəmin yazmış olduğu :

Çadırda dil açdım

Çadırda göz açdım

Nənəmin son sözü “ Qarabağ “

Mənim ilk sözüm oldu.

Bu şeri mən 3 dildə Azərbaycan , Rus və İngilis dilində dedim.

Mən musiqi ilə də məşğul oluram.Hal-hazırda 4 saylı musiqi məktəbinin fortepiano şöbəsində təhsil alıram.Boş vaxtlarımda herbari toplamaq ən çox xoşladığım bir işdir.Nənəmin köməyi ilə 100 dən artıq bitki növü toplamışam.Mən muncuqlarla rəsm işlərini işləyirəm.Əl işlərim müxtəlif sərgilərin öndə olan rəsmləridir.

Mənimlə birlikdə əziyyət çəkən , zəhmət çəkən müəllim ordusuna minnətdarlığımı bildirirəm. Mənə belə nənə və baba bəxş etdiyinə görə Tanrıya şükr edirəm.

Dövlətimizə , Mötərəm Prezidentimizə , onun xanımı Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlığımı bildirirəm.Mənim kimi dünyada mirvari axtaran istedadları , gəncləri axtarıb üzə çıxaran təşkilatlara gələcək fealiyyətlərində uğurlar arzulayıram.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma