Çingiz Abdullayev

                                                                                                            Çingiz Abdullayev ədəbiyyatı

Saytımın daima yenilənən, məzmun etibarilə ən dolğun olan bölməsi sevdiyim yazıçı Çingiz Abdullayev haqqındadır. Əsərlərini oxumaqdan böyük keyf aldığım bu dahi yazıçı eyni zamanda həyatda bənzəmək istədiyim insanlardan biridir.

7 aprel 1959-cu ildə Bakıda anadan olan müəllifin ümumi tirajı 20 milyondan çox olan əsərləri dünyanın bir çox ölkələrində 18 fərqli dilə tərcümə edilmişdir. Əsərləri əsasında 6 film və 2 serial çəkilən Çingiz Abdullayev hüquq elmləri doktoru olub Azərbaycan Yazıçılar İttifaqının katibidir.

Müəllif haqqında geniş bioqrafik informasiya vermək əvəzinə öz fikirlərimi qısaca söyləsəm, onu deye bilərəm ki, dünya ədəbiyyatında bir sıra adlar var ki, onlar istedadın sütunları, mayakları, simvolları hesab olunur. Homer, Dante, Höte, Dostoyevskiy, Şekspir… Bəşəriyyət sanki bu insanların çiyinləri üzərində qurulub. Mənə görə dahi yazıçımız Çingiz Abdullayev bu insanlarla yanaşı durur, illər sonda da duracaqdır.

Bölmənin ardında ilk öncə yazıçının “Kriminal komediya” adlanan əsərlər toplusunu göstərmiş, daha isə oxuduğum bəzi əsərlərinin qısa məzmunlarını yazmışam. Real həyatda oxuduğum ardıcıllığa uyğun yenilənən bu əsərlər haqqında nə çox geniş, nə də çox qısa məlumat verməyib oxucuda ümumi təsəvvür yaratmağa, yüzlərlə əsər arasında seçim etməyinə bələdçi olmağa çalışmışam.

Qeyd: əksər əsərləri oxucuda maraq yaradan müəllifin bəzi əsərləri var ki:

– digərlərindən fərqlənir, daha maraqlı əsərlərdir, * işarəsi ilə,

– lap maraqlı olanları, məsləhət gördüklərimi ! işarəsi,

– heç bir sözlə ifadə edilməsi mümkünsüz olan əsərləri isə <> işarəsi ilə göstərmişəm.

Çingiz Abdullayev “Kriminal komediya” (“Криминальная комедия”)

I. Şəxsi həyatdan etüdlər (Этюды частной жизни)

Dronqo haqqında olan romanlar (Романы о Дронго)

“Голубые ангелы” , “Почти невероятное убийство“ , “Охота на человека“ , “Игры профессионалов“, “В ожидании апокалипсиса“ , “Правило профессионалов“ , “Выбери себе смерть“ , “Правила логики“ , “Закон негодяев“, “Кредо негодяев“, “Совесть негодяев“, “Тень Ирода“, “Симфония тьмы“ , “Три цвета крови“, “Плата Харону“, “Линия аллигатора“, “Океан ненависти“, “Всегда вчерашнее завтра“ , “Сколько стоит миллиард“, “Гран-при для убийцы“, “Зеркало вампиров“, “Символы распада“, “Пепел надежды“, “Стиль подлеца“, “Рассудок маньяка“ , “Бремя идолов“ , “Тоннель призраков“, “День гнева“ , “Идеальная мишень“ , “Фактор страха“, “Мудрость палача“, “Последний синклит“, “На стороне Бога“, “Упраздненный ритуал“, “Рандеву с Валтасаром“, “Самое надежное“, “Смерть на холме Монте-Марио“, “Один раз в миллениум“, “Камни последней стены“, “Путь воина“, “Опрокинутая реальность“, “Взгляд Горгоны“ , “Допустимая погрешность“ , “Флирт в Севилье“, “Резонер“.

II. Cəmiyyət həyatından etüdlər (Этюды общественной жизни)

1. Xüsusi təyinatlı orqanların işi və əməkdaşları haqqında olan romanlar (Романы о сотрудниках и работе спецслужб.)

“Пройти чистилище“, “Обретение ада“, “Мрак под солнцем“ , “Уйти и не вернуться“, “Лучше быть святым“, “Умереть и любить только в Андорре“, “Сотвори себе мир“.

2. Tək qollu killer haqqında olan romanlar (Романы об одноруком киллере)

“Мое прекрасное алиби“, “Третий вариант“, “Исповедь Сатурна“.

3. Marina Çernışeva haqqında romanlar (Романы о Марине Чернышевой)

“Зло в имени твоем“, “Измена в имени твоем“ , “Месть женщины“, “Дамы сохраняют неподвижность“.

4. Kriminal dramlar (Криминальные драмы)

“Стандарт возмездия“ , “И возьми мою боль“, “Альтернатива для грешников “, “Альтернатива для дураков“ , “Срок приговоренных“, “Очевидная метаморфоза, или один день из жизни Дениса Ивановича“ , “День луны“, “Осуждение истины“, “Рай обреченных“, “Душа сутенера“ “Сила инерции“, “Поцелуй феи“, “Манипулятор“

III. Tarixdən etüdlər (Этюды истории)

“Заговор в начале эры“

Bəzi əsərlərin qısa məzmunları

Чингиз Абдуллаев “Путь воина”

Yaponiyaya cinayətin üstünü açmaq üçün gələn Dronqo, kriminal sirri ilə yanaşı yaponların özünə məxsus adət-ənəələri ilə rastlaşır. Yalnız onların xasiyyətlərinə bələd olduqdan sonra o, cinayətin üstünu aça bilir.

Чингиз Абдуллаев “Уйти и не вернуться” (<>)

Oxuduğum əsərlər arasında ən sevdiyim 2-ci əsərdir, bitirdikdən sonra göz yaşlarımı saxlaya bilmədim. Bu detektiv romanda Əfqanıstan müharibəsindən bəhs edilir. 9 nəfərdən ibarət bir dəstəni ora göndərilir, lakin bircə dəstənin kapitanı bilir ki, əsas tapşırıq xilas edəcəkləri adamı xilas etmək yox, ona digər qüvvələrin diqqətini cəlb etmək və…geri qayıtmamaqdır. Əsərdə qadın əsgərin olması, dəstənin doqquz üzvündən ikisinin qəhrəmancasına həlak olması, 90-cı illərdən başlayaraq SSRİ-nin apardığı siyasət, həmçinin müharibədə iştirak etmiş bir neçə başqa əsgərin həyatından olan xatirələr əsərə daha da dinamiklik verir.

Ən sevdiyim yazıçı olan Çingiz Abdullayevi hələ də tanımırsansa, yaradıcılığı ilə tanış deyilsənsə onu 200-dən çox əsərindən elə bunu oxusan kifayət edəcək sənə müəllifin necə yazıçı olduğunu dərk edəsən.

Чингиз Абдуллаев ”Мое прекрасное алиби” (*)

Mən Çingiz Abdullayev’i ilk dəfə bu eseri ilə tanımışam, baxmayaraq ki, bu əsəri onun bir çox əsərlərini oxuduqdan sonra oxudum. Əsərin baş qəhrəmanı Əfqanistan müharibəsində bir qolunu itirmiş killerdir. Bu isə ona adam öldürməkdə alibi qazandırır. Yaxşı bir detektiv əsərdir, bu və “Uйti i ne vernutьsя” əsərləri adətən bir kitabda olur, bunu alıb oxuyan kimi Çingiz Abdullayev’in necə yazıçı oldugunu asanlıqla başa düşmək olar.

Чингиз Абдуллаев “Всегда вчерашнее завтра” (!)

Mən bu qəribə adlı əsəri oxuyub qurtarana kimi fikrimi üç dəfə dəyişdim. 1-ci dəfə düşündüm ki, bu əsərdə elə bir qeyri-adi nəsə yoxdur, adi detektivdir, sənədlər itib, Dronqo da onları axtarır. Əsərin yarısından çoxunu oxuduqdan sonra gördüm ki, yox, həm əsər maraqlıdır, həm də müəllif bu əsərdə Fransa’nın Nissa kimi gözəl şəhərini ətraflı təsvir edib, ki, bunun üçün fikrimcə orada uzun müddət yaşamaq lazımdır. Nəhayət əsərin sonunda isə…çox qəmli idi və mən fikrimi 3-cü dəfə dəyişdim və başa düşdüm ki, necə gözəl əsər imiş.

Чингиз Абдуллаев “Обретение ада”

Maraqlı bir detektiv əsərdir, xüsusən mənim kimi detektiv sevərlər uçun. Əsərdəki əksər motivlər real hadisələr, real insanlar üzərində qurulub. Ancaq əsəri başa düşmək üçün bir az diqqətlə oxumaq lazımdır. Əzərin maraqlı yerləri baş qəhrəmanın hissləri, onun ətrafında baş verən hadisələrdir. Bir insane görə Amerika, SSRİ və ALmaniyanın kəşfiyyatçı dəstələri bir-biri ilə mübarizə aparır, sonda isə əsas qəhrəman Yudjin sevgilisi və oğlu ilə ayrılığa dözməyib intihar edir.

Чингиз Абдуллаев “Совесть негодяев”

Çox yaxşı, maraqlı və asan başa düşülən bir detektiv əsərdir. Oxuduqca əsərin sonunun nə ilə qurtaracağını bilməyə səbirsizlənirdim. Əsər günahsız olduğu halda cinayətkarlardan yaxa qurtarmağa çalışan, eyni zamanda oğlunun müalicəsi üçün pul əldə etməyə cəhd göstərən atadan bəhs edilir. İnandırıcı olmayacan günahsızlıqlarını necə sübut etməyə çalışması, başqalarında necə inam yaratması bu əsərdi digər əsərlərdən fərqləndirən əsas məqamdır.

Чингиз Абдуллаев “Срок приговоренных”

Çox yaxşı, maraqlı və asan başa düşülən bir detektiv əsərdir. Oxuduqca əsərin sonunun nə ilə qurtaracağını bilməyə səbirsizlənirdim. Əsər günahsız olduğu halda cinayətkarlardan yaxa qurtarmağa çalışan, eyni zamanda oğlunun müalicəsi üçün pul əldə etməyə cəhd göstərən atadan bəhs edilir. İnandırıcı olmayacan günahsızlıqlarını necə sübut etməyə çalışması, başqalarında necə inam yaratması bu əsərdi digər əsərlərdən fərqləndirən əsas məqamdır.

Чингиз Абдуллаев ”Фактор страха”

Bu da maraqlı əsərdir. Oxuduqdan sonra dünya ədəbiyyatından müxtəlif kitablar haqqında xeyli təzə malumatım oldu. Bir neçə mafiya dəstəsi arasında mübarizə gedir, bir nəfər isə bütün şahidləri aradan götürür, bir neçə dəfə də Dronqo’nu öldürmək istəyir. Sonda Dronqo onu ələ keçirə bilməsə də cinayətkarı tələyə salmağa müvəffəq olur.

Чингиз Абдуллаев ”Исповедь Сатурна”

Bu əsər bir növ “Мое прекрасное алиби” əsərinin ardıdır, əsərin adının isə məzmunu ilə elə də əlaqəsi yoxdur mənim fikrimcə. Sadəcə yazıçı əsərin sonluğunu ona oxşar rəsm əsəri ilə müqayisə edir. Əsər boyu elə bir yüksək dinamiklik hiss olunmur, lakin sonu daha təsirlidir. Ata (Əfqanıstanda qolunu itirmiş killer) öz oğlunu, uzun illər görmədiyi oğlunu yaralayır, oğlu isə atasını ölümdən xilas edərək özü həlak olur.

Чингиз Абдуллаев ”Голубые ангелы”

Bu əsər Çingiz Abdullayev’in əsərlərindən 2-cisidir ki, oxuyarkən müəyyən məqamında göz yaşlarımı saxlaya bilmədim. Əsərdə tapşırığı yerinə “Mavi mələklər” adlı qrupdan bəhs edilir. Tapşırıq yerinə yetirildikdən sonar qrupun iki üzvünün faciəvi şəkildə öldürülməsi, 3 ildən sonra başqa bir üzvün onların qisasını alması əsəri daha da maraqlı edir.

Чингиз Абдуллаев “Почти невероятное убийство”

Bu 100 səhifəlik əsərə mən roman yox, povest deyərdim. Sadə bir əsərdir, qətl qəribə bir şəkildə baş verdiyindən belə adlanır. Sonda Dronqo asanlıqla cinayətin üstünü açır.

Чингиз Абдуллаев ”Упраздненный ритуал” (!)

Bu əsərdə hadisələr Bakıda baş verir. Bir məktəbin məzunları hər il fevral ayının ilk həftəsində görüşürlər. Son 3 ildə isə 20 il bundan öncə məktəbi bitirən məzunlardan hər il biri qətlə yetirilməkdədir. Dronqo’dan bu naməlum cinayətkarın tapmaq, başqa sözlə desək bu qətl “adət”inə son qoymaq xahiş olunur.

Чингиз Абдуллаев ”Душа сутенера” (*)

Bu əsərdə “insan” ticarəti ilə məşqul olan sutenerdən bəhs olunur. O, saxladığı “qadın”larla yaxşı rəftar edir, “müştəri”ləri ilə yaxşı münasibətdədir. Lakin bir gün o, məşhur bir adamı tələya salmaq üçün çəkilişlər aparılmasına razılıq verir və bu ona baha başa gəlir. Sonda dostu onunla qalan yeganə “qadın”ı öldürüb sutenerin həyatını xilas etdiyini düşünsə də, bu əslində belə deyil. Həmin qadın onun istəklisi olduğundan sutenerin qəlbi külə dönür.

Чингиз Абдуллаев ”Зло в твоем имени”

Чингиз Абдуллаев ”Измена в твоем имени”

Bu romanlarda Marina adlı rus agent-neleqaldan söhbət gedir. O, ”Klarissa” adlanan dəstəyə daxildir, hansı ki, daha çətin tapşırıqların yerinə yetirilməsi ilə məşquldur. Bəzi tapşırıqları yerinə yetirərlən isə o, öz hisslərinin əksinə getməyə məcbur olur. əsərin adı da məhz buradan irəli gəlir. Fikrimcə, qadın oxuyuculara daha maraqlı olar. Əsəri oxuduqdan sonra, bü dünyada həyatı boyunca yalnız birini sevən qadının olub olmaması haqqında düşündüm.

Чингиз Абдуллаев “Месть женшины”

O qədər də maraqlı əsər deyil fikrimcə Bu dəfə Marina Çernışeva iki günlük kruiz ərzində cinayətkarı tapmalıdır.

Чингиз Абдуллаев ”Последний синклит” (!)

Bax bu əsər sözün əsl mənasında müasir bir detektiv əsəridir. Əgər Çingiz Abdullayev’in əksər əsərlərində baş verən cinayətlərin üstünü məşhur ekspert-analitik Dronqo açırsa, bu əsərdə ondan başqa dünyanın məşhur 7 detektivi bir araya gəlir. Amerikalı bir senat onun ailəsində olan cinayətkarı tapmaq üçün 8 məşhur detektivi bir oteldə toplayır.Və cinayət elə burada da baş verir. Əsərin sonunda isə yüksək dinamiklik, həyacan hiss olunur. Əminliklə deyə bilərəm ki, bütün əsər bir yanadır, əsərdəki son səhifələr isə bir yana.

Чингиз Абдуллаев “На стороне Бога” (!)

Bu, sadə bir əsərdir, ancaq əsərin gözəl adı və maraqlı olan süjeti oxuyucunu heyran edir. Başqa əsərlərdən onunla fərqlənir ki, bu əsərdə Dronqo baş vermiş cinayətin üstünü açarkən bir məqamı gizlədr ki, məhz bu məqam əsərin adı ilə bağlıdır. Oxumağa dəyər.

Чингиз Абдуллаев “Альтернатива для дураков”

Bu əsəri oxuyarkən gözlərim ağrıdığı üçün diqqətlə oxuya bilmədim. Əsərdə ondan bəhs edilir ki, həbsxanadan çıxmış bir şəxsdən istifadə etmək, onu axmaq yerinə qoymaq istəyirlər. O isə bunu vaxtında başa düşür və düzgün yol seçə bilir.

Чингиз Абдуллаев “Гран-при для убийцы” (*)

Mən, Çingiz Abdullayev’in bir çox əsərlərini oxumuşam, oxumağa da davam edirəm, lakin onun bütün əsərləri ”Moe prekrasnoe alibi”, “Vseqda vçeraşnee zavtra” , “Uйti i ne vernutьsя” kimi yaxşı yadda qalmayacaq. Bütün əsərlərini sevdiyim müəllifin bəzi əsərləri var ki, insanın beyninə həkk olunur. “Qran-pri dlя ubiйцı” əsəri də mənim üçün belələrindən oldu.

Atasına həsr edib bu əsəri müəllif. Digərlərindən onunla fərqlənir ki, əsər nə həddən artıq dinamik, nə da həddən artıq passivdir. Oxuduqca hiss edirsən ki, əsər insanın ürəyinə necə yatır. Oxucunun heç xəbəri də olmadan hadisələr onun gözləri önündə canlanır. Və bir də…əgər ata olmaq sənin ən böyül arzularındandırsa oxu bu əsəri, xoşuna gələcək.

Чингиз Абдуллаев “И возьми мою боль” (*)

Bu əsəri oxuduqca isə onu düşünürdüm ki, müəllif bu əsərə niyə məhz belə bir ad seçib. Əsər boyu bu haqda düşünsəm də yalnız sonuncu səhifəda cavab tapdım. Və deyərdim ki, bu sualın cavabı elə əsərin ən yaxşı məqamıdır.

Чингиз Абдуллаев “Рассудок маньяка”

Bu əsər də süjetinə görə digərlərindən fərqlənir. Bu dəfə Dronqo qapalı iş rejimi olan bir institutda baş verən cinayəti araşdırır. Sonda məlum olur ki, bu cinayətkar – “manyak” ərini qısqanan bir qadındır və bunun üstünü açmağa Dronqo sanki peşman olur. Həyatında ilk dəfə olaraq cinayətkarın qətlə yetirdiyi insanlara yox, onun özünə yazığı gəlir.

Чингиз Абдуллаев “Один раз в миллениум” (*)

Bu əsər müəllifin o əsərlərdindəndir ki, oxuyub bitirkdən sonra hər dəfə əsərin adına rast gələndə nədən bəhs edildiyi yada düşəcək. Maraqlı, bir az da əyləncəli-həyəcanlı bir romandır. Milyorner bir şəxs bir gün keçmişini yada salıb həyatında nə vaxtsa iz buraxmış üç qadınə bir araya toplayır. Və bu zaman müəmmalı bir cinayət baş verir, kimsə onu öldürmək istəyir, ətrafında olanlar isə inandığı insanlardır. Cinayətkarl isə yalnız Dronqo üzə çıxara bilir. Bütün əsər maraqlı bir tempdə davam edərək bu cür də sonlanır.

Чингиз Абдуллаев “Тоннель призраков”

Sadə bir povestdir. Dronqo bu dəfə avro-tunelde baş vermiş bir cinayəti araşdırır.

Чингиз Абдуллаев “Взгляд горгоны“

Bu da sadə bir povestdir. Ata və oğul eyni bir qadını sevirlər, oğul atasına şantaj edib ondan pul almaq istəyir. Günah isə əslində atanın özündə olur…

Чингиз Абдуллаев ”Английский бульвар“ (*)

Bu da yadda qalan, maraqlı romanlardandır, ədəbiyyatı sevən bütün qadın oxuyuculara məsləhət görürəm. Kseniya adlı bir qadın Nissa şəhərinə istirahətə gedir. Vaxtını maraqlı keçirmək üçün özünə yoldaş axtarır və az sonra başa düşür ki, tanış olduğu “centlemen” ondan istifadə edib öldürmək fikrindədir. Qadın intiqamından pis nə ola bilər?! Maraqlı bir sonluqla bitir əsər.

Чингиз Абдуллаев “Симфония тьмы”

Bu da maraqlı əsərlərdəndir, hətta məşhur amerikalı maqnat Soros’un adı çekilir. Bu dəfə Dronqo bir növ cangüdən rolunda olur, həyatı bir neçə dəfə təhlükə altında olsa da onu xilas edirlər. Qısa məzmunu verməklə təsvir ediləməsi çətin olan əsərlərdəndir.

Чингиз Абдуллаев “Пройти чистилище” (*)

Əsəri oxuduqdan dərhal sonra keçirdiyim hissləri yazmağa çalışdım, sanki unuda bilərəm deyə. Dəhşətli dərəcədə maraqlı siyasi detektivdir və əsl detektiv sevərlərə məsləhət görürəm. Əsərin məzmununu yazmayacağam, bircə onu deyə bilərəm ki, Çingiz Abdullayev’in hər bir əsəri başqa bir dünyadır.

Чингиз Абдуллаев “Мрак под солнцем” (*)

Əsər, siyasi bir detektiv olub, əsərin adı Kubanın keçmiş prezidenti Fidel Kastro’nun qətlə yetirlməsi üçün planlaşdırılmış missiyanın adı ilə bağlıdır. Missiyada hər şey planlaşdırıldığı kimi gedir, lakin sonda agentin bu qəhrəman insanı öldürməyə əli gəlmir, səhvən öz sevdiyi qadını öldürür, son gülləni isə özünə vurmaqdan başqa çarəsi qalmır…

Чингиз Абдуллаев “Флирт в Севилье” (*)

Müəllifin 2002-ci ildə nəşr edilən ən son əsərlərindəndir. Bu dəfə Dronqo İspaniyada model qızların çəkilişinə gedən bir qrupun tərkibinə daxil edilir. Baş verən cinayətin maraqlı metodla baş verməsi ilə yanaşı, cinayətkarın da maraqlı bir motivi olur.

Чингиз Абдуллаев “Рай обреченных” (<>)

Bu əsər, oxuduqdan sonra Çingiz Abdullayev’in əsərləri arasında ən sevdiyim 2-cisinə çevrildi. Tutulduqları xəstəlikdən heç bir zaman sağalmayacaq iki gəncin sevgisi haqqındadır. Heç bir sözlə bu qısa povesti təsvir etmək mümkün deyildir.

Чингиз Абдуллаев “Тень Ирода”

Bu dəfə Dronqo, Rusiyada seçkilərin keçirilməsinin qarşısını almaq istəyən insanlarla mübarizə aparır. Rəqib qüvvələr öz niyyətlərinə çatmaq üçün bu yolda maneçilik törədən hər bir şəxsi aradan götürürlər. Dronqo’nun kömək etdiyi dəstənin yalnız bir üzvü sağ qala bilir. Dronqo isə heç kimə inanmayıb planlaşdırılan aksiyanın sənədlərini vaxtında ələ keçirə bilir. Orta səviyyəli siyasi bir detektivdir.

Чингиз Абдуллаев “Лучше быть святым”

Baş qəhrəmanın soyadının Məcidov olması və onun başçılıq etdiyi dəstənin hər zaman Allahın varlığına inanmaları, oxumaqda olan bu əsərə olan marağımı daha da artırdı. Bu dəstə çox qiymətli bir sənədlərə sahibdir və kim isə bu sənədləri əldə etməyə çalışır. Bu səbəbdən dəstənin bir neçə üzvü həlak olur. Sonda bütün işlərin yaxşı qurtardığı bir anda Məcidov’un həlak olmasına isə çox təəssüfləndim.

Чингиз Абдуллаев “Охота на человека”

Baş qəhrəmanın soyadının Məcidov olması və onun başçılıq etdiyi dəstənin hər zaman Allahın varlığına inanmaları, oxumaqda olan bu əsərə olan marağımı daha da artırdı. Bu dəstə çox qiymətli bir sənədlərə sahibdir və kim isə bu sənədləri əldə etməyə çalışır. Bu səbəbdən dəstənin bir neçə üzvü həlak olur. Sonda bütün işlərin yaxşı qurtardığı bir anda Məcidov’un həlak olmasına isə çox təəssüfləndim.

Чингиз Абдуллаев “Правило профессионалов”

Sadə bir povestdir bu. Lakin hadisələrin Bağdadda baş verməsi, müəllifin dini yerləri ətraflı təsvir etməsi bu sadəliyi müəyyən qədər aradan qaldıra bilir.

Чингиз Абдуллаев “Зеркало вампиров”

Əsərdə hadisələr məşhur bir jurnalistin qətlə yetirilməsi ilə başlanır. Cinayətin kim törətdiyi məlum olsa da, onu cəzalandırmağa kimsə cürət etmir. Baş verənlərin üstündən iki il keçdikdən sonra Dronqo’dan bu cinayətin üstünü açmağı xahiş edirlər. Hadisələrin gedişi kifayət qədər maraqlı olsa da, əsərin sonu bir az müəmmalı şəkildə bitir.

Чингиз Абдуллаев “День гнева”

Hakimiyyəti ələ keçirmək istəyən bir qrup qüvvələr məqsədlərinə çatmaq üçün ölkənin maliyyə nazirini öldürməyi planlayırlar. Bir neçə dəfə təşkil edilmiş sui-qəsd hallarının təsviri romanı çox maraqlı edir, oxucunu sona qədər maraq dairəsində saxlaya bilir. Dronqo’nun Jil ilə tanış olması isə əsərin yadda qalan məqamlarındandır.

Чингиз Абдуллаев “Символы распада”

Bu əsəri mütaliəyə verdiyim fasilədan sonra oxusam da yenə böyük həvəslə oxudum. Sadə, ancaq maraqlı əsərdir. Dronqo bu dəfə oğurlanmış iki atom bombasını axtarır. Bütün işlərin planlanmasında isə gənc ərinə, çox pul qazana bilmədiyi üçün nifrət edən bir qadının böyük rolu vardır.

Чингиз Абдуллаев “Выбери себе смерть”

Müəllifin maraqlı əsərlərindən biridir. Dronqo, gürcü mafiyasının oğlunu axtarmaqla məşquldur. Oğlanın itməsi ilə eyni zamanda baş verən digər hadisələri müəllif oxuyucuya eyni zamanda çatdırır. Cinayət işini aparan müstəntiqə mane olmaq istəsələr də, bu alınmır; müstəniq öz işini sona çatdırır, hansi ki, itmiş şəxslər ilə də əlaqəsi var idi. Əsərin adı bilavasitə olaraq baş verən hadisələr ilə əlaqəlidir.

Чингиз Абдуллаев “В ожидании акопалипсиса”

O qədər də maraqlı əsər deyil fikrimcə, siyasətə, xüsusilə də keçmiş SSRİ siyasətinə marağı olanlara tövsiyyə edirəm. Dronqo’nun qadın köməçkisinin ölümü, onun da lazım olan məqsədə çatmaq üçün sui istifadə edilməsi oxucunun yaddaşında qala biləcək anlardandır.

Чингиз Абдуллаев “Игры профессионалов”

Dronqo’nun sevimli qadınlarından olan Natali’nin necə həlak olmasını bu əsərdə bildim. Bir neçə ölkənin xüsusi təyinatlı dəstələri öz “oyun”larını oynayır, hər biri Dronqo’dan istifadə edərək ölkələrində olan gizli agentləri öyrənmək istəyirlər. Bu əsər də siyasi olduğundan Natali ilə əlaqəli hissələrdən başqa digər məqamlar oxuyucuya maraqlı olmaya bilər.

Чингиз Абдуллаев “Рандеву с Валтасаром”

Bu əsəri ədəbiyyata, yazıçılığa marağı olan insanlar daha çox bəyənəcək. Oxucu bu əsədə “Şərq ekspressi”ndə səyahət edən müxtəlif ölkələrin yazıçı və jurnalistləri ilə tanış olma fürsətinə sahib olacaqdır. Əsərdə arxa planda baş verən hadisələr, yeni kitablar, yeni şəhərlər çox maraqlıdır. Səyahət sona çatdıqca, qatar Moskvaya yaxınlaşdıqca hadisələr daha də gərginləşir.

Чингиз Абдуллаев “Волшебный дар”

Oxucu bu əsərdə özünü hadisələrin baş verdiyi Portuqaliya sahillərində təsəvvür edəcək, əsəri oxuduqca sanki istirahət edəcək. Qolf oyunu ətrafında baş verən hadisələr zamanı əvvəlcə varlı bir biznesmenın arvadı, sonra isə özü qətlə yetirilir. Cinayətkarın planı o dərəcədə inanılmazdır ki, onun kim olduğunu oxucu özü də əsərin sonunadək təxmin edə bilmir. Böyük məmnuniyyətlə əsərdə müəllifin bəhs etdiyi “sehrli vergi”yə sahib olmaq istərdim.

Чингиз Абдуллаев ”Опрокинутая реальность”

Müəllifin, 2005-ci ildə nəşr edilən son əsərlərindən olan bu əsərdə Dronqo, şirkət sahibinin kim tərəfindən qətlə yetirildiyini araşdırır. Əsəri diqqətlə oxuduqca bəzi məqamları öncədən təxmin etmək mümkün olsa da, bəzi məqamlara inanmaq çox çətindir. Əsərin adının da bununla əlaqəli hesab etmək olar. Yadda qalan məqamlardan biri də, müəllifin əsər boyu oxuyucuya maraqlı kitablar tövsiyə etməsidir.

Чингиз Абдуллаев ”Манипулятор” (”Три осенних дня”) (*)

2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsində oxuduğum bu əsər o dərəcədə maraqlı idi ki, tezliklə bitirib əsərin nə ilə sonlanacağını bilməyə tələsirdim. Müştərilərinə hakimiyyətə gəlməkdə zəmanət verən agentlik haqqında olan bu əsərdə yadda qalan əsas məqam, Rusiyanın seçkilər keçiriləcək şəhərlərdən birində insanların rüşvət almayan, prinsiplərinə sadiq olmaları idi. Tarix müəlliminin fikirləri, eləcə də agentlik direktorunun hər vəziyyətdən çıxış yolu tapa bilmə bacarığı əsəri daha da maraqlı edən anlardan idi.

Чингиз Абдуллаев ”Манипулятор” (”Плутократы”) (*)

Hakimiyyətdə olan yüksək vəzifəli şəxslərin də rüşvət işinə qarışdırğı bu əsər, öncəki əsərin davamı kimi olub, ondan daha da maraqlıdır. Müştərilərinin hakimiyyətə gəlməsinə kömək edən agentlik bu dəfə öz mənfəətləri uğrunda mübarizə aparır. Əsərin başlanğıcında yazıçının oxuyucuya verdiyi informasıya yanıldıcı olsa da, əsərin maraqlı finalı hər şeyi öz yoluna qoyur.

Чингиз Абдуллаев ”Право на легенду” (*)

Əsərdə hadisələr Ukraynada cərəyan edir. Əsərin qəhramanı uşaqlıq, gənclik illərində müxtəlif çətinliklərlə qarşılaşmış bir dövlət məmurudur. Həyatı boyunca qarşısına çıxan müxtəlif çətinliklər onu sındırmamış, daha da mübariz etmişdir. Əsərdə onun həm uşaqlıq, gənclik xatirləri, həm də real zamanda baş verən hadisələri oxuduqca bu insana qarşı çox böyük rəğbət, hörmət hissləri, heyranlıq yaranır ki, bununla da müəllif oxucunu yaşadığı həyatında rastlaşdığı çətinliklərdən qorxmamağa, pis, ikiüzlü insanlarla mübarizə aparmağa çağırmış olur.

Чингиз Абдуллаев ”Только свои” (*)

Yeni ili Londonda keçirən Azərbaycanlı bir ailədə bayram günü cinayət hadisəsi baş verir. Ev sahibinin zəhərləndirilib öldürüldüyü evde o an olanlar isə onun ailəsi və yaxın adamlarıdır. İllər sonra olanları xatırlayıb bir hekayə kimi nəql edən ev sahibinin oğlu, hər anı kiçik detallarına qədər oxuyucuya çatdırsa da, əsərin sonunadək cinayətkarın kim olduğunu təxmin etmək mümkün olmur. Əsərdə müəllifin anlatdığı Azərbaycan mentaliteti, ailə münasibətləri əcnəbi oxucularla yanaşı bizim oxuculara da çox maraqlı gələcək.

Чингиз Абдуллаев ”Ангел боли” (”Путешествие по Аппенинам”) (*)

Müəllifin oxuduğum ən maraqlı, ən son əsərlərindən biridir. Əsər oxucunu o dərəcədə cəlb edir ki, bunu sözlə ifadə etmək çox çətindir. XXI əsrdə olmağımıza baxmayaraq yaşadığımız dünyada hələ da manyak-psixopatlar mövcuddur. İtaliya, İspaniya kimi Avropa ölkələrində cərəyan edən hadisələri, şəhərləri müəllif o qədər ustalıqla təsvir edir ki, oxucu özünü hadisələrin mərkəzində hiss edir…

Чингиз Абдуллаев ”Ангел боли” (”Три четверти его души”) (*)

Öncəki əsərin davamı olan bu əsərdə Dronqo və dünyanın ən yaxşı detektivləri çətinliklə olsa da cinayətkarın köməçkisini üzə çıxara bilirlər. Hadisələrin davamı isə 2004-cü ildə Madriddə baş verən terror aksiyaları ilə bir anda cərəyan edir. Cinayətkarın tutulması, Dronqo ilə olan dialoqu və əsərin finalı çox maraqlıdır. Hamiya oxumağı tövsiyyə edirəm.

Чингиз Абдуллаев ”Стандарт возмездия”

Keçmiş sovet imperiyası dağıldıqdan sonra mərkəzi Asiya ölkələrində sərhədlərin qorunması çətinləşib. Bu qarışıq vəziyətdan istifadə edən bir qrup şəxs külli miqdarda narkotika yükünü Avropaya keçirtmək istəyirlər. Bunun qarşısını almaq üçün xüsusi təyinatlı dəstələr terroristlərlə da əlaqə saxlamalı olurlar.

Чингиз Абдуллаев ”Связной с Багдада”

Qazaxstanda yerləşən və unudulmuş bir hərbi bazadan bir miqdar kimyəvi maddə oğurlayan terroristlər atom bombası hazırlamaqdadırlar. Və bu bomba hər an ən böyük şəhərlərin birində partlaya bilər. Hədəf olan Moskva, Rim, Vaşinqton kimi şəhərlərin, ümumilikdə isə bütün dünyanın taleyi Dronqo’un əlindədir…

Чингиз Абдуллаев “Восточный ветер”

Italiyanin və xüsusi olaraq mədəniyyət və incəsənətin beşiklərinden olan Florensiya şəhərinin ətraflı şəkildə təsvir edildiyi bu əsərdə hadisələr xəyanətkarların bağışlana bilməyəcəyi prinsipi ilə cərəyan edir. İllər öncə vətəninə xəyanət edən dövlət məmurunun qətlə yetirilməsinə xitam verilmiş və bunun icrasına başlanılmışdır. Güclü şəkildə qorunan xəyanətkarı çox çətinliklə tapa bilən killer, son anda tətiyi çəkməkdən vaz keçir. İllərlə qoyulmuş, heç bir halda dəyişməyən qanunların o an işləməməsinin səbəbi isə…

Чингиз Абдуллаев “Время нашего страха”

Hər biri sıra ilə nömrələnmiş zərflər alan uşaqlıq dostları müəmmalı şəkildə qətlə yetirilməkdədirlər. Uşaqlıqda birlikdə döydükləri oğlanın cinayətkar ola biləcəyini ehtimal edən dostların əksinə isə Drongo bu fikirde deyil. 4 nömrəli zərf biznesmendədir və onun ətrafinda olan yaxın insanlardan kimsə cinayətkara lazımi informasiyanı ötürür. Onun həyat yoldaşımı, köməkçisimi, sevgilisimi? Uşaqlıq dostlarını qətlə yetirən şəxs biznesmenin en yaxınlarından biridir. Onu bu cinayətləri törətməyə vadar edən səbəb əsərin sonunda ortaya çıxır.

Чингиз Абдуллаев “Тождественность любви и ненависти”

İlk baxışdan maraqlı adı ilə diqqəti cəlb edən bu əsərdə sevgi və nifrətin bir arada olduğu cinayət hadisəsi baş verir. Bəzi hadisələrin baş verdiyi Rumıniyadaki sanatoriyanı Bilgəh sanatoriyası kimi təsvir etdiyim bu əsər “Reallıq” və “Xatirələr” üslubunda yazılmış olub sevgi ilə bağlı olan “Xatirələr” qismi oxucuda daha çox maraq doğuracaq, əsər qəhrəmanlarının – Dronqo və gürcü biznesmeninin cavanlıq illərində yaşadıqları sevgi həyacanı hiss olunacaqdır.

Чингиз Абдуллаев “Кубинское каприччо”

Hadisələrin, Azərbaycanın gözəl guşələrindən biri olan Qubada baş verdiyi bu əsər ilk növbədə oxuyucuya doğma olacaqdır. Istər Qubanın, istərsə də ümumulikdə Azərbaycanın tarixi, keçmişi, adət-ənənələri haqqında çox maraqlı, faydalı məlumatların olduğu əsərdə həmçinin zərgəlik sənəti haqqında da məlumat vardır. Məşhur almazın axtarışı ilə yanaşı qətl hadisənin üstünü açmağa çalışan Dronqo’nun əsərin sonunda ağsaqqallar ilə olan monoloqunu oxuduqca, “Na storone Boqa” əsərini oxuyarkən keçirilən hisslərə bənzər həyəcan hiss ediləcəkdir ki, bu da əsərin finalı, finalındakı epiloq ilə birlikdə oxuyucuya böyük həzz bəxş edəcəkdir.

Чингиз Абдуллаев “Шпионы, не вернувшиеся с холода”

Yazıçının “Vostoçnıй veter” əsərində bəhs etdiyi “Şit i meçь” təşkilatı haqqındadır. Avropa və Amerikada aktiv fəaliyyət göstərən təşkilatın üzvləri arasında olan satqın, ən gizli informasiyanı düşmənlərə ötürməkdədir. Polkovnik Qarayev, aralarında olan bu satqını tapmaq üçün geniş və maraqlı plan hazırlayır, şübhələndiyi şəxslər isə təşkilatda böyük əməyi olmuş, ən sadiq insanlardır.

Xüsusi təyinatlı dəstələrin işi ilə bağlı olan bu romanı bitirib finalındakı maraqlı epiloqu oxuduqdan sonra, oxucu ailə və karyera arasında seçim etməyin çətinliyini təəssüflə olsa da qəbul edəcəkdir…

Чингиз Абдуллаев “Долина откровений”

Dünyanın maraqlı yerlərinə səyahət etməyi sevən altı dostun növbəti səfəri İndoneziya yaxınlıqda yerləşən Kalimantan adasınadır. Lakin öncəki səfərlərdən fəqli olaraq bu dəfə ani çıxan səbəblərdən iki nəfər bu səyahətdə iştirak edə bilmir, onların yerinə isə iki qadın yol yoldaşı olmağa razılıq verilir. Birləşmiş Əmirliklər, Malaziya və İndoneziyanı əhatə edən 2 həftəlik səyahəti müəllif o dərəcədə gözəl təsvir edir ki, əsəri oxuduqca oxucu sanki əsər qəhrəmanları ilə birlikdə bu səyahətdə iştirak edir. Uzun çətinliklərdən sonra səfərin bitiş nöqtəsinə gələn səyahətçilər, son gecə həyatlarını danışmağa, gördükləri əməlləri etiraf etməyə qərar verirlər. Məhz bu etiraflar onlara səyahət etdikləri adadan bir daha geri qayıtmamağa səbəb olur.

Чингиз Абдуллаев “Ошибка олигарха”

Gənc jurnalist Rinat, vertolyot qəzasında həlak olan dayısının bütün mirasına bir anda sahib olaraq milyornerə çevrilir. İstəmədiyi halda bütün həyatı dəyişməklə yanaşı onu sevməyənlər, öldürmək istəyənlər də ortaya çıxır. Düşmənləri istədiklərinə nail olmaq üçün jurnalistin ən həssas tərəfindən istifadə edərək onun sevdiyi qızı oğurlayırlar. Sonda prinsiplərinə sadıq qalaraq sevdiyi qızı düşmənlərində xilas edə bilsə də o, bir gecədə tamamilə dəyişib başqa bir insana çevrilir…

Чингиз Абдуллаев “Осенний мадригал”

Bakı bağlarının birində baş vermiş cinayət hadisəsi ilə əlaqəli olan bu əsərdə, cinayətkarın ailə üzvlərdindən birimi, yoxsa kənar şəxs ola biləcəyi təxmin edilir. Milli adət-ənənələrimiz ilə yanaşı bu əsərdə ən çox bəhs edilən məqamlardan biri isə qadın-kişi münasibətləridir. Müəllifin, müxtəlif kişi tiplərini xarakterizə etməsi və əsl kişi obrazının təsviri fikrimcə əsərin ən maraqlı məqamlarındandır. Oxumağa dəyər.

Чингиз Абдуллаев “Допустимая погрешность”

Dronqonun, varlı bir biznesmenin evindən itən sənədləri axtarmağa başlaması ilə başlayan hadisələr tamamən fərqli bir istiqamətdə davam edir. Sənədlərin oğurlanmasında şübhəli olan şəxslərin qətlə yetirilməsi, ailə içində olan skandallar, əsər qəhrəmanlarının xarakterlərinin ətraflı təsviri – bu romanı digərlərindən fərqləndirən məqamlardandır. Finala doğru hadisələrin baş vermə tempində həyəcanın artması ilə birlikdə əsərin maraqlı və gözlənilməz sonluğu oxuyucuya bu romanın mütaliəsindən böyük həzz almağa səbəb olacaqdır.

Чингиз Абдуллаев “Мистерия эпохи заката”

SSRİ və Rusiyanın tarixinin mümkün olacaq ən geniş şəkildə nəql edildiyi bu əsərin yarısı tarixdə, yarısı isə real vaxtda baş verən hadisələrdən ibarətdir. Və bu hadisələrdə olan həyəcanın, marağın çox yüksək olması fikrimcə, bir çox oxucuda tarix olan bölmələri atlayıb hadisələrin davamını oxumaq istəməsinə səbəb olacaqdır. Tarixi sevən insanların heç şübhəsiz maraqla oxuyacağı bir əsər.

Чингиз Абдуллаев “Взращение грехов”

Rusiyanın Gürcüstanı bombaladığı gün bir nəfəsə və böyük maraqla oxuduğum bu əsərdə Dronqo, polis polkovnikinin qətlini araşdırır. Bütün faktlar hadisə yerində olan gürcü əslli biznesmenə qarşı olsa bilə, ilk araşdırmadan sonra Dronqo onun günahsız olduğunu anlayır. Kökləri illər öncə baş vermiş Çeçen müharibəsinə qədər uzanan bu əsərdə müəllif, müharibənin sivilizasiyaya vurduğu zərərlərdən, insanlarda buraxdığı izlərdən geniş söhbət açır. Bir çox başqa maraqlı məqamların da olduğu bu əsəri oxumanızı tövsiyyə edirəm.

Чингиз Абдуллаев “Забытый сон”

Müəllifin 2008-ci ildə nəşr edilən ən maraqlı əsərlərindən olan bu romanda 11 il öncə intihar etmiş həyat yoldaşının bu ölümünə inanmayan Liliya Kraulin Dronqo’dan bunu araşdırmağı xahiş edir. Aradan uzun illər keçdiyi üçün bunun çətin, bəlkə də mümkün olmayacağını düşünən Dronqo, qadının ərinə olan sevgisi, həyatının son günlərində həqiqəti öyrənmə inadının qarşısında ona etiraz etmir və hadisələrin baş verdiyi Riqa şəhərinə gedir. Daha sonra, Dronqo’nun valideynləri, xüsusi ilə anası ilə olan telefon söhbəti, Liliyanin mərhum ərinə qarşı olan sevgisininin təsvir edildiyi məqamlar əsərin kuliminasiya nöqtəsidir. Əsərin sonuna doğru bir fotoqrafın düşürdüyü foto-şəkilin tapılması ilə cinayətin açılması tezləşir.

Чингиз Абдуллаев “В поисках бафоса”

Türkiyənin çox sevdiyim İzmir şəhərində bir biznesmenin villasında idarə etdiyi şirkətin səhmdarları yığışırlar. Təsadüfən orada qonaq olan Dronqo’nun gözləri önündə cinayət hadisəsi baş verir. Və Dronqo’un özünün də sonradan etiraf etdiyi kimi, bu cinayət o dərəcədə mükəmməl və dəqiq vaxtında planlaşdırılmışdır ki, cinayətkarı aşkarlamaq kifayət qədər çətin olur. Tamamilə alibiyə sahib olan bu cinayətin nece ortaya çıxması, həmçinin günümüzün Türkiyə və İstanbul’undan bəhs edən bu əsər bütün oxucular üçün maraqlı olacaqdır.

Чингиз Абдуллаев “Цена бесчестия”

Bu əsərdə Dronqo, heç bir iz qoymadan Avropaya qaçmış gənc qızı axtarmağa başlayır. Çox az da olsa mövcud faktları araşdıran Dronqo, qızın İspaniyada olduğunu anlayır və ora gedərək onu gizləndiyi oteldə tapır. Bu məqama qədər əsərdə hadisələr Moskvada baş verirdisə əgər, hadisələrin davamı İspaniyanın müxtəlif şəhərlərində, müəllifin hər bir şəhəri kifayət qədər ətraflı təsviri ilə davam edir. Və buna, Dronqo və gənc qızın təqibçilərdən daima qaçdığı anlardakı həyəcan, aralarında keçən maraqlı dialoqlar əlavə olduqda əsər tamam fərqli bir tempdə davam edir.

Əsərin sonlarına doğru və finalında yazıçı bu əsər ilə çatdırmaq istədiyi fikri oxuyucusu ile bölüşür. Günümüzün reallıqlarına tam uyğun gələn, karyera və var-dövlətə görə insanların bəzən hər bir şeyi qurban vermeyə hazır olması ilə bir çox oxucu təəssüflə da olsa razılaşacaqdır.

Чингиз Абдуллаев “Разорванная связь”

Əsərdə iki ailə səyahətdə olduğu zaman dəyişiklik edərək yeni şəhvət hisslərini yaşamağa qərar verirlər. Nəticə onların gözlədiklərinin əksinə acınacaqlı bitir və onlardan biri ertəsi gün öldürülür. Ən maraqlısı isə odur ki, bu cinayət hadisəsində şübhəlilərdən birinə Dronqo çevrilir. İndi onun vəzifəasi cinayətkarı tapmaqla birlikdə ailə üzvlərinin etibarını qorumaqdır.

Müəllifin 2009-cu ildə nəşr edilən bu əsərində ana fikir həm ailədə, həm də fərdi insanları həyatındakı azadlıq və keçilə bilən sərhədlərdir. Müəllif əsərində ifadə etdiyi azadlıq ilə bağlı fikirlərini klassik alman filosofu Kant’ın azadlıq ilə bağlı fikirləri ilə qarşılaşdırır, müqayisə edir. Bunun sonunda ortaya çıxan əsər həm gedişatı ilə, həm də gözlənilməz sonluğu ilə çox maraqlı bir mütaliəyə çevrilir.

Чингиз Абдуллаев “Одноразовое использование”

Yazıçının bu əsəri heç şübhəsiz ki, 2009-cu ildə nəşr edilən əsərləri arasında ən yaxşısı seçilə bilər. Əsərin başlanğıcı öz sahəsində mütəxəssis olan Fərhad Seyidov’un vəzifəsinin artırılması ilə başlayır. Bu şad xəbəri həyat yoldaşı ilə paylaşdığı anları, bu uğura gətirən həyat yolunu Çingiz Abdullayev olduqca gözəl təsvir edib, oxuduqca əsər qəhrəmanının yaşadığı hissləri yaşamaq, onun qədər uğur əldə etmək istəyi yaranır insanda.

Daha sonra hadisələrin gedişi böyük bir maraqla artır. Fərhad Seyidov’u iş danışıqları üçün İraqa göndərən xüsusi təyinatlı təşkilatlar ondan istifadə edərək bir çox terror hadisələrini hazırlayan terroristi məhv etməyi planlayırlar, onun həyatını qurban verməyin bahasına olsa belə. Bunu anlayan təcrübəli mütəxəssis risq altına girərək həyatını xilas etməyə çalışır. Çox maraqlı və böyük bir keyflə oxunulan romandır.

Чингиз Абдуллаев “Традиции демонов”

Öncəki əsərin davamı olan bu romanda baş qəhrəman Fərhad Hüseynov müxtəlif ölkələrin xüsusi təşkilat orqanlarının öz aralarında razılığa gəlməsi sayəsində özü də hiss etmədən son anda həyatda qala bilir. Lakin, onun İraqda səfəri davam etməkdədir və o cənub bölgəsində şirkətinin neft araşdırmalarına başlaya bilməsi üçün keçirilən tenderdə qalib gəlməlidir. Gözlənilmədən məlum olur ki, tenderdə onun təmsil etdiyi rus şirkəti ilə yanaşı amerika və ingilis şirkətləri də iştirak edəcək və onun qalib gəlmə şansı yoxdur. Bu xəbər bütün planları alt-üst edir və Fərhad Hüseynov əlində olan son şansdan istifadə etmək qərarına gəlir.

Bu andan başlayaraq hadisələrin gedişatı tamamilə fərqlənir. Dünyada axtarılan terroristdən bir yandan onun İraqdakı düşmənləri intiqam almaq istəyir, bir yandan isə digər təşkilatlar Hüseynov’un vasitəsilə onu məhv etmək istəyirlər. İraqda müharibə şəraiti, eləcə də son illər dünya tarixinde baş vermiş müharibələr, terror hadisələrinin nəfis bir şəkildə təsvir edildiyi bu əsərdə eyni zamanda yazıçı, qürbətdə yaşayan həmvətənlərimizin də problemlərindən bəhs edir.

Ard-arda oxuduqda öncəki bir bütünlük təşkil edən və çox maraqlı olan əsərlərdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma