“İRƏLİ” “Məktəb Parlamenti” layihəsinin təqdimat mərasimi keçirilmişdir.

Bu slaydşou üçün JavaScript lazımdır.

19 noyabr 2011-ci il tarixində Gəncliyə Yardım Fondunun konfrans zalında“Məktəb Parlamenti” layihəsinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə “Məktəb Parlamenti” layihəsinin rəhbəri Nigar Quliyeva, “İRƏLİ” İctimai Birliyinin İdarə heyətinin üzvləri Roman Süleymanov, Hikmət İsmayılov, “Məktəb Parlamenti” layihəsinə daxil olan məktəblərin direktorları, layihə koordinatorları və “parlament üzvləri” iştirak etmişlər. Tədbir zamanı “Məktəb Parlamenti” layihəsinin fəaliyyəti haqqında qısa məlumat verilmişdir.

Tədbirin sonunda “Məktəb Parlamenti” layihəsi çərçivəsində həyata keçirilən “Mənim məktəbim” fotomüsabiqəsinin iştirakçılarına diplom və təşəkkürnamələr, ilk üç yerin sahibinə isə müvafiq olaraq netbuk, rəqəmsal fotoaparat və i-pod təqdim olunmuşdur.

Qeyd edək ki, “Məktəb Parlamenti” layihəsi çərçivəsində məktəblərdə şagird idarəetmə sistemi formalaşması prosesi həyata keçirilir. “Məktəb Parlamenti” layihəsinin əsas məqsədi məktəblilər arasında (xüsusən yuxarı sinif şagirdləri) erkən yaşlarından liderlik və komanda şəklində işləmə bacarıqlarınınin inkişafı, məktəblərdə özünü idarəetmə anlayışının formalaşdırması, məktəblilərin ictimai işlərlə məşğul olmasının stimullaşdırması və məktəblilərə erkən yaşlardan milli dövlətçilik şüurunun təbliğ olunmasıdır. Hal-hazırda layihə 25-dən çox məktəbi və 1000-dən çox məktəblini əhatə edir. Tədris ilinin sonuna qədər layihənin Bakının 200 məktəbini əhatə etməsi hədəflənir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma