“İRƏLİ” 3 yaşını adına layiq keçirtdi.

 HEZZ klubda “İrəli” İctimai Birliyinin təsis olunmasının 3-cü il dönümünə həsr olunmuş tədbir keçirilib.

Bu slaydşou üçün JavaScript lazımdır.

  Ümumilikdə 700 nəfərin qatıldığı tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, özəl sektorun, həmçinin QHT sektorunun təmsilçiləri və fəal “İrəli”çilər iştirak ediblər.

  Mərasimi giriş sözüylə açan “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı təşkilatın qazandığı uğurlar və tutduğu mövqedə ilk növbədə etimadın rol oynadığını dedi: “Həyatda ən çətin şey insanların etimadını qazanmaqdır. Əgər “İRƏLİ” bu etimadı qazanıbsa, deməli buna səy göstərib, səmimiyyət nümayiş etdirib. Etimad qazanmaq elə bir şeydir ki, onu qazanmaq çətin, itirməksə çox asandır. Bu qədər təşkilatlar, insanlar, gənclər bizim ətrafımızda cəmləşibsə, bizimlə işbirliyindədirlərsə deməli, bu etimad qazanılıb. Bizim bundan sonrakı əsas vəzifəmiz, borcumuz, məhz qazanılmış etimadı, etibarı saxlamaq və daha da möhkəmləndirmək olacaq”.

Ardınca Azərbaycan Respubikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edib. Aslanov qeyd edib ki, bu gün Azərbaycan gəncləri prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir.

Tədbirdə həmçinin millət vəkilləri Qənirə Paşayeva, Asim Mollazadə, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı və digər qonaqlar çıxış edərək təşkilatı təbrik ediblər.

Tədbir Musiqili qonaqların: – Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Miri Yusifin gözəl ifaları ilə davam etdi.Həmçinin təşkilatın fəallarının təşkil etdiyi musiqili kompozisiya, vals, latınamerikan və milli rəqsləri gecəyə xususi abu-hava bəxş elədi…

P.s Tədbir mənim üçün bu ilin ən yadda qalan günlərindən biri oldu.Artıq bir ilə yaxındır ki, “İRƏLİ” İctimai Birliyinin üzvüyəm və bu təşkilat öz isti, gülərüz insanları və mükəmməl heyəti ilə artıq mənim ikinci evimə çevrilib. Çalışacam ki, üzümüzə gələn ildə daha da fəal olub gəncliyimizin inkişafına yönələn idealogiyada mənim də bir töhvəm olsun. Və sonda Öz adımdan İRƏLİ İB-ni bir daha təbrik edir və uğurları axarlı olması diləyi ilə daim irəliyə doğru getməsini arzulayıram.

 Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi 2005-ci avqustun 26-da yaradılmış “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının əsasında meydana gəlib. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı 3 illik fəaliyyəti boyunca sıralarında 6 mindən çox Azərbaycan gəncini birləşdirərək ölkənin ən fəal təşkilatlarından birinə çevrilməyə müvəffəq olub. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı təsisçiləri 9 Dekabr 2008-ci ildə Hərəkatın buraxılması barədə qərar qəbul edib və 24 dekabr 2008-ci ildə isə “İRƏLİ” İctimai Birliyi təsis olunub. “İRƏLİ”-də fərdi və kollektiv üzvlük sistemi mövcuddur. Hal-hazırda 22700 nəfərdən artıq gənc və 12 təşkilat “İRƏLİ”-yə üzvdür. Birliyin 2009 – 2010-cu illərdəki layihələrində 120 000 nəfərdən çox insan iştirak edib. “İRƏLİ”-nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir, bununla yanaşı Avropanın 13 şəhərində təşkilatın əlaqələndiriciləri fəaliyyət göstərir.

Əliyev Orxan – 72 saylı məktəb-liseyin koordinatoru.

 

“İRƏLİ” 3 yaşını adına layiq keçirtdi.” üzərinə 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma