Məktəb Parlamenti Milli Məclisdə.

Milli Məclisdə “Azərbaycanda uşaq hüquqları və uşaq iştirakçılığı”mövzusunda dinləmələr təşkil olunmuşdur.

Bu dinləmələrdə 72 saylı məktəb-liseyin Məktəb Parlamentinin sədri Fəridə Elmanlı da öz təklifləri ilə çıxış edərək parlamentimizi layiqincə təmsil etmişdir.

19 Mart 2012-ci il tarixində Azərbaycan Respublikası Respublikası Milli Məclisinin yeni korpusunun III Mərtəbəsində Azərbaycan Respublikasının Milli Məclisinin sosial siyasət daimi komitəsi, “İRƏLİ” İctimai Birliyi, Save the Children (Uşaqların Xilası) Beynəlxalq Təşkilatının Azərbaycan nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkili ilə “Azərbaycanda uşaq hüquqları və uşaq iştirakçılığı” mövzusunda dinləmələr təşkil olunmuşdur.

Dinləmələrdə Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Daimi Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli, millət vəkilləri Ceyhun Osmanlı, Musa Quliyev, İlham Məmmədov, Qənirə Paşayeva, Sevinc Hüseynova, Hikmət Atayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Ombudsman Aparatının maarifləndirmə sektorunun əməkdaşı Rəşid Rumzadə, “Save the Children” təşkilatının layihələr üzrə meneceri Seymur Yusifli, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının əməkdaşı Günel Səfərova, “Ümidli Gələcək” Gənclər Təşkilatının rəhbəri Nabil Seyidov, UNİCEF Azərbaycanın əməkdaşı Zaur Nağıyev, “Hilfswerk Austria” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Aytəkin Hüseynli, Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin Sədri Nazir Quliyev, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə və Azərbaycanın müxtəlif məktəblərindən olan 30-a yaxın şagird iştirak etmişlər.

Dinləmələr zamanı uşaqlar arasında seçilmiş nümayəndələr millət vəkilləri qarşısında uşaq hüquqlarının və iştirakçılığının təmin edilməsi məqsədi ilə bir çox təkliflərlə çıxış etmiş, uşaq hüquqları üzrə ekspertlər və digər iştirakçılar da uşaq hüquqları ilə bağlı mövcud durum haqqında danışaraq uşaqların təkliflərinə öz münasibətlərini bildirmişlər.

Qeyd edək ki, dinləmələrin keçirilməsində məqsəd uşaqların və uşaq hüquqları üzrə ekspertlərin birgə apardığı araşdırmaların nəticələri və bundan irəli gələn tövsiyələri uşaqlar tərəfindən Milli Məclis üzvlərinə təqdim etmək olmuşdur.

Məlumat üçün bildiririk ki, İctimai müzakirədən əvvəl uşaqlar və uşaq hüquqları üzrə ekspert “Azərbaycanda uşaq hüquqlarının təhlili” mövzusunda Bakıda və regionlarda uşaqlar və bu sahədə çalışan təşkilatlar arasında araşdırma aparmış və vəziyyəti təhlil etmişdir.

http://ireli.az/activity/news/20120321024546425.html

Məktəb Parlamenti Milli Məclisdə.” üzərinə 4 şərh

Jalal Mammadzada üçün bir cavab yazın Cavabı ləğv et