Məktəb Parlamenti Layihəsi başa çatdı.

“İRƏLİ” İctimai Birliyinin böyük auditoriya kütləsi qazanmış layihələrindən biri olan “Məktəb Parlamenti” layihəsi 2011/2012-ci tədris ili üçün sona yetmişdir. Layihədə iştirak edən koordinator və spikerlərə sertifikatlar təqdim edilmiş və 5 məktəbin koordinatoru və spikeri isə ilin ən fəalı kimi diplom ilə mükafatlandırılmışlar. Yalnız layihədə iştirak edən  Akademik Zərifə Əliyeva adına liseyin Məktəb Parlamenti   “İlin məktəbi “ adına   layiq görülüb.   Bu layihənin fəal iştirakçıları kimi 72 saylı məktəb-liseyin parlament sədri – Elmanlı Fəridə “İlin spikeri” , layihə üzrə koordinator – Əliyev Orxan isə “İlin koordinatoru” kimi diplomla mükafatlandırılıblar.

Qeyd edək ki, növbəti təhsil ili üçün “Məktəb parlamenti” layihəsinə ərizə qəbulu davam edəcək.

“Məktəb Parlamenti” layihəsinin məqsədi məktəblilər arasında (xüsusən yuxarı sinif şagirdləri) erkən yaşlarından liderlik bacarıqlarının inkişafı, məktəbdə özünü idarəetmə anlayışını formalaşdırmaq, ictimai işlərlə məşğul olmasını stimullaşdırmaq, milli dövlətçilik və vətəndaş şüurunu təbliğ etməkdir.

Bu bir ilə yaxın müddət ərzində 72 saylı məktəb-liseyin deputatlarına  “Liderlik və Hədəf müəyyənləşdirmə”  , “Tibbi Biliklər” , “Sığorta haqqında ilkin anlayış”,  təlimləri keçirilmişdir. Təlimlərlə yanaşı məktəb daxili iclaslarda şagirdlərə bir komanda da işləmə, şəbəkələşmə və öz fikrini düzgün ifadəetmə bacarıqları inkişaf etdirilmişdir. İlk dəfə olaraq  Milli Məclisdə “Azərbaycanda uşaq hüquqları və uşaq iştirakçılığı” mövzusunda dinləmələrdə Məktəb Parlamentimizin spikeri də  öz təklifləri ilə çıxış edərək parlamentimizi layiqincə təmsil etmişdir. Eləcə də “Nə? Harada? Nə zaman?” intellektual oyunu və “Hərb Muzeyi”nə ekskursiya təşkil edilmişdir. Hal-hazirda şagirdlərin yay tətilini səmərəli keçirmələri və şagirdlərin formal təhsillə yanaşı, qeyri-formal təhsildə bilik və bacarıqlarının artırılması, praktiki sahələrə yiyələnməsi üçün “Junior Club” fəaliyyətə başlamışdır.

Sonda, hər bir deputati öz gələcəkləri üçün İRƏLİ=>yə ilk addımını atmalarından ötrü təbrik edirəm. Sizlərin hər birinizə gələcək təhsilinizdə və fəaliyyətinizdə uğurlar arzu edərək hər zaman Azərbaycanımızın irəlidə gedən simaları olmağınızı arzu edirəm. Əgər layihəni sona qədər uğurla başa vurdunuzsa məhz siz buna layiqsiniz!!!

Hörmətlə,

72 saylı Məktəb-liseyin Koordinatoru,

Orxan Əliyev.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma