Paulo Coelho – Əlkimyagər

Bu dəfə sizə Paulo Coelhonun beynəlxalq bestselleri olan Əlkimyagər əsəri haqqında məlumat vermək istərdim. Bu kitabla tanışlığımın səbəbkarı universitetdə hörmət bəslədiyim müəllimlərimdən biri olmuşdur. Məhz müəllimimin təklifi ilə bu kitabı oxumağa başladım. Kitabı oxuyub qurtarandan sonra bəlkə də biraz müəllimimə həsrət apardım çünki, bu kitab Paulo Coelhonun şəxsi imzası ilə müəllimimə hədiyyə edilmişdi. Keçək kitaba və niyə bu kitabın mənim və millionlarin rəğbətinə səbəb olub sualını cavablandırmağa? Braziliyada anadan olmuş yazıçı Paulo Coelho [Paulo Koelo] günümüzün ən çox oxunan müəlliflərindən biridir. Ən çox sevilən “Əlkimyagər” əsəri dünyanın 61 dilində tərcümə olunmuş, 75 milyon nüsxə kitabı satılmışdır. Dünya İqtisadi Forumunun “Crystal Award” və Fransanın “Legion d`Honneur” mükafatı da daxil olmaqla bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş Paulo Coelho xalqları ilhamlandıran yazıçıdır.

Kitabı oxumağa başlayan andan məndə cümlələrin ardını oxumağa həvəs getdikcə artırdı. Kitabı oxuduqca elə bil kitab səni əsərin ardını oxumağa təhrik edirdi. Həqiqətən də bu çox gözəl hissdi. Əsərin sujeti sətraltı mənalarla boldur və məhz bu kitabı daha ciddi və təkrarolunmaz edir. Əlkimyagər kitabı Paulo Coelhonun ən seçilən əsərlərindən biridir və Paulo bu janrda bu kimi bir neçə əsərin müəllifidir. Bes kitab nə janrındadır? Bayaq qeyd etdiyim kimi Paulo Coelho insanları, xalqları ruhlandıran, onlara ilham verən, insanın məqsədinə çatmağına yardımçı olan yazıçıdır. Kitabı mənim üçün digər kitablardan daha maraqlı edən origenal süjet xəttinin olmasıdır. Belə ki, esərin baş qəhrəmanı sadə bir çoban lakin, yüksək intellektə sahib olan gənc və onun “xəzinəsini” tapmağa yönələn səyahəti və heç də asan olmayan bu səyahətdə başına gələn sərgüzəştlər haqqındadır. Və sonda kitabda ən xoşuma gələm 2 məqamı qeyd edib, yazımı burda sonlandırmaq istəyirəm:

1) “Zaman keçdikcə sirli bir qüvvə insanları inandırmağa çalışır ki, öz talelərini yaşamaq mümkün olmayacaq” – Bu qüvvə mənfi qüvvə kimi görünsə də, əslində taleyinə necə nail olmağı göstərir. O, sənin ruhunu və iradəni hazırlayır, çünki bu planetdə bir böyük həqiqət var: Kim olsan da, nə etsən də, sənin bir şeyi doğurdan da istəməyinin səbəbi həmin arzunun bəşəriyyətin qəlbindən gəlməsidir. Bu, sənin yer üzərindəki rolundur. “Və sən nəyi isə istəyəndə bütün bəşəriyyət arzuna çatmağa yardımçı olmaq üçün əlbir olur.” 
2) Bəlkə də Tanrı səhraları ona görə yaradıb ki, insanlar ağaclara sevinsinlər.

Ümid edirəm ki, bu yazımdan sonra çoxları bu kitabı əldə edib onu oxuyacaq və bəlkə də bir çoxunuzun həyatında müsbət dəyişikliklər etməyə ruhlandıracaq.

 
 
*Əgər kitabı əldə etməkdə çətinlik çəkənlər varsa online oxumaq üçün və ya *pdf formatında köçürmək üçün link yerləşdirilib:
“Online” oxu: 
http://ariom.ru/litera/2002-html/koelio/koelio-01.html (на русском)
 
“PDF” formatında köçür: 
http://www.twirpx.com/file/97305/ (in english) 
*saytın qeydiyyatından keçmək tələb olunur!
http://www.klex.ru/il (на русском)

Paulo Coelho – Əlkimyagər” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma