Məktəblilər üçün “Back to school” adlı Bilik Gününə həsr olunmuş tədbir həyata keçirilib.

“İRƏLİ” İctimai Birliyi, “İRƏLİ” Məktəb Parlamenti, “İRƏLİ” Mədəniyyət və İncəsənət Mərkəzi və Park Bulvar AVM-nin birgə təşkilatçılığı ilə Park Bulvar alış-veriş mərkəzinin I mərtəbəsində məktəblilər üçün “Back to school” adlı Bilik Gününə həsr olunmuş tədbir həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova və Park Bulvar AVM-nin PR meneceri Günay Nəzərova tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkil olunmasında əməyi keçən hər bir kəsə öz təşəkkürünü bildirib və məktəblilərə yeni tədris ilində uğurlar arzulayıblar.

Tədbirdə ilk olaraq məktəblilər üçün “Röyalar dünyası“ uşaq əyləncə studiyası tərəfindən məktəb elementlərini əhatə edən “Body art” təşkil olunub.

Daha sonra tədbir “Butterflies” və “S-Twins” qrupları, Yasin Həsənov, Vaqif Nağıyev və digər istedadlı uşaqların çıxışından ibarət konsert proqramı ilə davam edib.

Sonda “İRƏLİ” Məktəb Parlamentinin rəhbəri Nigar Quliyeva və “İRƏLİ” Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Ülviyyə Vəliyeva çıxış edərək məktəbliləri yeni dərs ili münasibəti ilə təbrik edərək, tədrisə məsuliyyətlə yanaşmağı tövsiyyə ediblər.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd yeni tədris ilindən öncə məktəbliləri təbrik etmək, onlarda müsbət əhval ruhiyyə yaratmaq və məktəbə qarşı olan sevgilərini artırmaqdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma