“İRƏLİ” 4 yaşını Gəncədə qeyd etdi

“İRƏLİ” 4 yaşını Gəncədə qeyd etdi24 dekabr tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, “İRƏLİ” İctimai Birliyi, Gələcəyə Körpü İctimai Birliyi və PwC Azərbaycan şirkətinin tərəfdaşlığı ilə Gəncə şəhərində Azərbaycan Gənclərinin II Liderlik Forumu çərçivəsində günün son “Səmimi söhbət” paneli baş tutub.

Panelin qonaqları millət vəkili Ceyhun Osmanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “Azərbaycan” qəzetinin “Parlament və Siyasət” şöbəsinin redaktoru İxtiyar Hüseynli, PwC Azərbaycan şirkətinin idarəedici partnyoru Mövlan Paşayev olub.

İxtiyar Hüseynli forumda gənclərlə bir arada olmaqdan məmnunluq hissini bildirib və qeyd edib ki, bu forum da əvvəlki forum kimi öz müsbət nəticəsini verəcək. Eyni zamanda ekspert gənclər arasında olarkən gənclik illərini xatırladığını qeyd edib.

Mövlan Paşayev PwC Azərbaycan şirkəti və görülən işlər haqda gənclərə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Fərhad Məmmədov elm, təhsil, bilik məsələlərinə toxunub və gənclərin bu istiqamətdə verilən suallarını cavablandırıb, təkliflərini dinləyib. SAM rəhbəri vurğulayıb ki, elmə maraq oyatmaq və gənclərə dəstək olmaq məqsədilə SAM-da ildə bir neçə dəfə təcrübə imkanı yaradılır.

Ceyhun Osmanlı gəncləri maraqlandıran sualları cavablandıraraq öz məsləhətlərini verib. Gənclərin təşəbbüs göstərmələrini dəstəkləyən Ceyhun Osmanlı qeyd edib ki, həyatda ən böyük səhv səhv etməkdən qorxmaqdır və ona görə heç bir zaman təşəbbüslərdən çəkinməyin deyə gənclərə məsləhət verib.

Rauf Mərdiyev Gənclər Forumunun ildə iki dəfədən az olmayaraq keçiriləcəyini vurğulayıb və layihədə əməkdaşlıq edən qurumlara təşəkkürünü bildirib.

Eyni zamanda sosial şəbəkələr vasitəsilə Bakıdan, xaricdən və regionlardan verilən suallar ekspertlər tərəfindən cavablandırılıb və gənclərin fikirləri dinlənilib.

Günün sonunda “İRƏLİ” İctimai Birliyinin 4 illiyi qeyd edilib. Bu münasibətlə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən ziyafət təşkil edilib. Ziyafətdə çıxış edən natiqlər “İRƏLİ” İctimai Birliyini yaranması münasibəti ilə təbrik edib, təşkilatın Azərbaycan gəncliyinin inkişafında oynadığı roldan bəhs ediblər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma