Biz Hazırıq! #TereqqiWU Promo Video

“İRƏLİ” İctimai Birliyi gənc peşəkarların fəaliyyəti üzərində qurulan bir gənclər təşkilatıdır. Təşkilat insan kapitalına ardıcıl investisiyanı ən effektiv, davamlı inkişaf yolu kimi görür və öz fəaliyyətində insan kapitalının inkişafına yönəlmiş layihələrə üstünlük verir. Gənclər arasında böyük marağa səbəb olan “İRƏLİ” İctimai Birliyinin ənənəvi olaraq keçirdiyi Gənc Liderlər üçün Yay və Qış Universitetləri layihəsidir.Yay və Qış Universitetləri gənc liderlərin aşkarlanması, müxtəlif sahələr üzrə onların bilik və bacarıqlarının artırılması, fəal vətəndaş kimi yetişmələri, eyni zamanda gənc liderlərdən ibarət şəbəkələrin formalaşmasıdır.
Universitet layihələri hər ilin qış və yay aylarında bir dəfədən az olmayaraq keçirilir və bu il də “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 3-8 fevral tarixlərində Gəncə şəhərində “Gənc Liderlər üçün Qış Universiteti – Sığortalı Gənclik” layihəsi keçiriləcək.
Bu ilki layihəyə 1000-ə yaxın gənc müraciət etmişdir. Müraciətlər layihənin təşkilat komitəsi tərəfindən dəyərləndirilib və ən yaxşı 200 nəfər müsahibəyə dəvət olunub.22-24 Yanvar tarixlərində musahibənin II mərhələsi keçirilib və sonda gənc lider adını qazanmış 100-ə yaxın gənc seçilmişdir.Seçilmiş gənclər münasib olaraq Tərəqqi,Birlik,Uğur,Etimad və İnkişaf adı altında 5 komanda üzrə bölünmüşlər.
Hər il olduğu kimi bu ildə layihənin güclü rəqabət şəraitində keçəcəyi ilk günlərdən hiss olunur.Lakin komandalar arasında Tərəqqi komandası öz fəallığı ilə artıq rəqiblərini geridə qoyub və ilk gündən qalib olmağa ən real komanda kimi özünü təsdiqləyib.Artıq komandanın ilkin tanıtım video çarxı çəkilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma