Tətilimiz layihəsi çərçivəsində “Bionika-2” adlı seminarı keçirilib.

Bionika-2 seminari (2)23 mart 2013-cü il tarixində İrəli İctimai Birliyinində Təbiət Elmləri İctimai Birliyinin  “Bionika-2” adlı  seminarı keçirilib.

Məktəb parlamenti Tətilimiz layihəsi çərçivəsində reallaşan seminarda mühazirəçi Aysel Vəlizadə iştirakçılara Bionika elmi barədə məlumat verib, təbiətdəki üstün texnologiya haqqında danışıb. Təbiəti qorumağın onu tanımaqla mümkün olacağını vurğulayan mühazirəçi hepardların dünyanın ən yüksək sürətli avtomobillərindən biri olan Bugatti Veyrondan daha sürətli olduğunu, insan gözünün dünyanın ən güclü fotokameralarından daha keyfiyyətli və 3D gördüyünü, kiçik bir dəniz canlısı nautilusun sualtı qayıqlardan dəfələrlə daha dərinə dala bildiyini qeyd edib.

Sonra milyonlarla il yaşı olan fosillərin (canlıların daşlaşmış qalıqlarının)  sərgisi təşkil olunub. Fosilləri izah edən Savalan Məmmədli  bəzi  fosil nümunələri ilə iştirakçıları yaxından tanış edərək bu fosillərin təkamül nəzəriyyəsini təkzib edən elmi dəlillər olduğunu bildirib. Parlamentin üzvləri canlıların milyonlarla il ərzində dəyişmədiyini isbat edən fosil nümunələrini maraqla qarşılayıblar.

Sərgidən sonra iştirakçıların sualları cavablandırılıb, onlara mövzuyla bağlı jurnallar hədiyyə edilib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma