Məktəblilər üçün “Big Bang” mövzusunda seminar keçirilib

big bang (6)“İRƏLİ” “Məktəb Parlamenti” və “Təbiət İctimai Birliyinin” birgə təşkili ilə məktəblilər üçün  “Kainatdakı həssas müvazinət” layihəsinə start verilib.

Layihə çərçivəsində Big Bang, Mavi Planet-Yer kürəsi, Həyatın gerçək mənşəyi və Yaşayan Texnologiya-İnsan və digər mövzularda seminarlar keçiriləcək.

İlk seminar  “Big Bang”  mövzusunda 14 aprel tarixində “İRƏLİ” Gənclik Mərkəzində baş tutub. Təlimçi Sevinc Haqverdizadə məktəblilərə öncə layihə haqda məlumat verib və təbiəti qorumağın onu tanımaqla mümkün olduğunu bildirib.

Daha sonra Sevinc Haqverdizadə tarix boyu kainatın əmələ gəlməsindən bəhs edən müxtəlif nəzəriyyələrin olduğundan danışıb. Kainatın bundan təxminən 14 milyard il əvvəl sonsuz sıxlıqda və sıfra yaxın həcmə maik olan maddi nöqtənin böyük bir partlayışla (Big Bang) meydana gəldiyini bildirib və bunu əldə edilən elmi sübutlarla izzah edib.

Seminar zamanı təlimçi insanilik prinsipindən (Anthropic Principle) də bəhs edib və kainatın məqsədsiz, təsadüfi bir maddə yığını olmadığını, əksinə insanın yaşaması üçün həssas bir müvazinətə sahib olduğunu bildirib.

Sonda məktəblilərin sualları ətraflı olaraq təlimçi tərəfindən cavablandırılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma