Prezident Sabunçuda 72 nömrəli məktəb-liseydə və 80 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış oldu

Prezident İlham Əliyev  Bakının Sabunçu rayonundakı 72 nömrəli məktəb-liseydə və 80 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub. APA-nın xəbərinə görə, dövlət başçısı əvvəlcə 72 nömrəli məktəb-liseydə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

142555956054f8500850cd49.57953225
Preziden İ.Əliyevin məktəbin təmirindən sonra açılışda iştirakı

Prezident İlham Əliyevə məlumat verilib ki, məktəb-liseyin binası 1930-cu ildə inşa olunub. İkimərtəbəli təhsil ocağı ilk illər Qızlar Gimnaziyası kimi fəaliyyətə başlayıb. 1989-cu ildə məktəb üçün ikinci korpus tikilib. Təhsil ocağının 3-cü əlavə  korpusu isə 2007-ci ildə inşa olunub. Bu il məktəb-liseydə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 45 sinif otağı olan məktəbdə 1235 şagird təhsil alır.

Burada bütün sinif otaqları və fənn kabinetləri yüksək standartlar səviyyəsində təmir edilib, zəruri dərs ləvazimatları və avadanlığı ilə təchiz olunub, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb.

Sonra Prezident İlham Əliyev Sabunçu rayonundakı 80 nömrəli orta məktəbin əlavə korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Dövlət başçısına məktəbdə görülən işlərlə bağlı məlumat verilib. Məktəbin 3 mərtəbədən, 23 sinif otağından ibarət 480 şagird yerlik əlavə korpusu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu il əsaslı şəkildə yenidən qurulub.

Bu korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılıb.

İnformasiya mənbəyi: http://news.lent.az/news/178174

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma