Məktəb Parlamenti Layihəsi başa çatdı.

“İRƏLİ” İctimai Birliyinin böyük auditoriya kütləsi qazanmış layihələrindən biri olan “Məktəb Parlamenti” layihəsi 2011/2012-ci tədris ili üçün sona yetmişdir. Layihədə iştirak edən koordinator və spikerlərə sertifikatlar təqdim edilmiş və 5 məktəbin koordinatoru və spikeri isə ilin ən fəalı kimi diplom ilə mükafatlandırılmışlar. Yalnız layihədə iştirak edən  Akademik Zərifə Əliyeva adına liseyin Məktəb Parlamenti   “İlin məktəbi “ adına   layiq görülüb.   Bu layihənin fəal iştirakçıları kimi 72 saylı məktəb-liseyin parlament sədri – Elmanlı Fəridə “İlin spikeri” , layihə üzrə koordinator – Əliyev Orxan isə “İlin koordinatoru” kimi diplomla mükafatlandırılıblar.

Qeyd edək ki, növbəti təhsil ili üçün “Məktəb parlamenti” layihəsinə ərizə qəbulu davam edəcək.

“Məktəb Parlamenti” layihəsinin məqsədi məktəblilər arasında (xüsusən yuxarı sinif şagirdləri) erkən yaşlarından liderlik bacarıqlarının inkişafı, məktəbdə özünü idarəetmə anlayışını formalaşdırmaq, ictimai işlərlə məşğul olmasını stimullaşdırmaq, milli dövlətçilik və vətəndaş şüurunu təbliğ etməkdir.

Oxumağa davam et “Məktəb Parlamenti Layihəsi başa çatdı.”